Qaynarxett.az xəbər verir ki, görüş zamanı qəhrəman qazimizin ailəsində səmimi bayram ab-havası yaşanıb, birlikdə bayramlaşma həyata keçirilib. Qeyd olunub ki, Anar Əsədov 2020-ci il oktyabrın 10-da Ağdam rayonunun Təzəkənd kəndində minamyot partlayışı nəticəsində ağır yaralanaraq sol ayağını itirib.
Deputat hər görüşdə qazimizin döyüş xatirələrini dinlədikcə müharibənin sərt və acı reallıqlarını daha yaxından hiss etdiyini vurğulayıb. Bununla yanaşı, qazinin ailəsində böyüyən uşaqların gələcəyə ümid və həyat sevgisi aşıladığını qeyd edib.
Bildirilib ki, Anar Əsədov kimi qəhrəman oğullarımız xalqımızın əzmkarlıq ruhunun yaşaması üçün sağlamlıqlarını fəda ediblər. Vurğulanıb ki, onların göstərdiyi igidlik hər zaman yüksək qiymətləndirilməli, cəmiyyət olaraq bu qəhrəmanlara minnətdarlıq borcu unudulmamalıdır.









