“Bu gün müxtəlif bölgələrdə zavodlar, obyektlər və müəssisələr fəaliyyət göstərir”.
Qaynarxett.az bildirir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.
“Həmin müəssisələrdə təxminən 100 nəfər çalışır. Müəssisə sahibi istehsalı genişləndirmək məqsədilə ətraf əraziləri də almaq istəyir. Lakin bu torpaqları əldə etmək mümkün olmur. Çünki torpaq ya kənd təsərrüfatı təyinatlıdır, ya da başqa sahəyə aid olur.
Torpağın təyinatını dəyişmək üçün bir idarədən digər idarəyə müraciət edilir. Prosedurlar isə o qədər mürəkkəbdir ki, illərlə vaxt və vəsait sərf olunsa da, nəticədə torpağı əldə etmək mümkün olmur. Halbuki dövlət tərəfindən bu proseslər sadələşdirilməli və belə məsələlər daha asan həll edilməlidir.
Problem ondadır ki, əgər bir sahibkar 30-dan çox iş yeri yaratmaq istəyirsə, onun üçün torpaq icarəsi məsələsi sadələşdirilmiş qaydada həll olunmalıdır. Elə sahibkarlar var ki, 1000, hətta 2000 iş yeri yarada bilər. Dövlətin ehtiyacı da məhz budur.
Dövlət vətəndaş üzərində qurulub. Vətəndaşın ehtiyacı dövlətin ehtiyacı deməkdir. Bu baxımdan təqdim edilən təklifim əsaslandırılmış və məqsədəuyğun idi. Təəssüf ki, nəzərə alınmadı”.
OXŞAR XƏBƏRLƏR
Siyasət
gundem / Siyasət
gundem / Sosial












