Azərbaycannın beynəlxalq siyasətində Türk dövlətləri ilə əməkdaşlığa verilən xüsusi önəm onun strateji xəttinin əsas istiqamətlərindən birini təşkil edir. Sirr deyil ki, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq aləmdə nüfuzlu platforma kimi möhkəmlənib. Bu da təsadüfi deyil. Təşkilat İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi liderlərin təşəbbüsləri və güclü siyasi iradəsi sayəsində qlobal müstəvidə qəbul edilən, regional sabitlik və əməkdaşlığı təşviq edən mühüm mexanizmə çevrilib.
Siyasi, iqtisadi, enerji, nəqliyyat və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişlənməsi Türk dünyasında inteqrasiyanın sürətlənməsinə xidmət edir. Bu prosesdə fəal mövqe tutan Azərbaycan təşkilat çərçivəsində üzv dövlətlər arasında birlik və həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verir.
Təşkilat tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsi ölkəmizin bu qurum daxilində artan rolunu bir daha təsdiqləyir. Üzv dövlətlərin hökumət başçılarının Bakıda bir araya gəlməsi və Prezident İlham Əliyev tərəfindən qəbul olunması Azərbaycanın təşkilat daxilində əlaqələndirici və aparıcı mərkəzə çevrildiyini aydın şəkildə göstərir.
Qəbul zamanı ölkə başçısının səsləndirdiyi fikirlər kifayət qədər aydın və prinsipial xarakter daşıyırdı. İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına həm keçmişdə, həm də bu gün mühüm töhfələr verib. Bu istiqamətin Azərbaycanın xarici siyasətində prioritet yer tutduğunu bildirən Prezident dedi ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa alternativimiz yoxdur. Bu ailənin gələcəyə uğurla aparılması üçün birgə səylərin gücləndirilməsinin son dərəcə vacib və zəruri olduğunu söyləyən Prezident iftixarla qeyd etdi ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb.
Prezident İlham Əliyev vurğuladı ki, Türk Dövlətləri Təşkilatı üzv ölkələri etnik, tarixi, iqtisadi və geosiyasi sahələrdə birləşdirir. Təşkilatın inkişafında Zirvə görüşləri, qeyri-rəsmi toplantılar və Azərbaycanın təşəbbüsləri mühüm rol oynayır. Qarabağın bərpası, investisiya fondları və regional infrastruktur layihələri qardaş ölkələrin dəstəyi ilə həyata keçirilir. Nəqliyyat və tranzit sahəsində Orta Dəhliz, Zəngəzur dəhlizi və digər layihələr regional əlaqələri gücləndirir. Prezident bir daha qeyd etdi ki, Azərbaycanın təşəbbüsləri və investisiyaları bu prosesdə lider mövqe tutur. Çünki Azərbaycan bütün varlığı ilə Türk Dövlətləri Təşkilatının qüdrətlənməsinə çalışır və qurumun qlobal hədəflərinə töhfələr verir. Müasir dövrdə türk dövlətlərinin birliyinin güclənməsi zəruridir. Prezident İlham Əliyev mühim mesaj verərək bildirdi ki, türk ölkələri bir-birinin yanında olmalıdır. Təhdidlər və münaqişələr fonunda birliyimiz nicatımızdır. Türk Dövlətləri Birliyinin güclənməsi isə yalnız inkişafa xidmət edir və böyük Atatürk demişkən, məqsəd həm də yurda sülh, cahana sülhdür!
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət

