backend

Siyəzəndə körpü yararsız vəziyyətə düşüb – deputat əraziyə baxış keçirib

Siyəzən rayonunun Məşrif kəndinə gedən yolun üzərində yerləşən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb. Mövcud vəziyyət kənd sakinlərinin rayon mərkəzi və digər ərazilərlə əlaqəsinə ciddi maneələr yaradır.

Məsələ ilə bağlı kənd sakinlərinin müraciəti əsasında Milli Məclisin deputatı Müşfiq Məmmədli hadisə yerində olub, əraziyə baxış keçirib. Baxış zamanı mövcud vəziyyət qiymətləndirilib, müvafiq qeydlər götürülüb.

Deputat bildirib ki, yaranmış problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunacaq.