backend

Deputat kəndin sürüşmə zonasında vəziyyəti araşdırıb

Siyəzənin Sədan kəndində sürüşmə zonası ilə bağlı vəziyyət yerində araşdırılıb

Siyəzən rayonunun Sədan kəndində yağan güclü yağışlardan sonra yaranmış sürüşmə zonası diqqət mərkəzinə düşüb. Ərazidə yaranan vəziyyətin qiymətləndirilməsi məqsədilə Milli Məclisin deputatı Müşfiq Məmmədli hadisə yerində olub.

Deputat potensial təhlükəli ərazilərdə yerləşən evlərdə yaşayan vətəndaşlarla görüşüb, onların mövcud problemlərini və təkliflərini dinləyib. Görüş zamanı sakinlərin təhlükəsizliyinin təmin olunması və mümkün risklərin qarşısının alınması məsələləri müzakirə edilib.

Bildirilib ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara ətraflı məlumat veriləcək, zəruri tədbirlərin görülməsi istiqamətində addımlar atılacaq. Həmçinin qeyd olunub ki, ərazidəki vəziyyət nəzarətdə saxlanılacaq.