backend

Deputat: Qəbələ görüşü Azərbaycan–Ukrayna münasibətlərində yeni mərhələ açdı

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərib.

Görüşlə bağlı Qaynarxett.az-a Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, hər zaman Ukrayna və Azərbaycan bir-birini beynəlxalq platformalarda dəstəkləyib və hər iki ölkə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini vurğulayıb.

Ölkələrimiz arasında həm də ənənəvi olaraq gözəl iqtisadi əlaqələr olub.

Amma son dövrlər müharibə ilə bağlı əlaqələrə eyni zamanda humanitar əməkdaşlıq da daxil olub. Azərbaycan 45 milyon dollardan çox yardım göndərib Ukraynaya.

Müxtəlif dərmanlar, qida məhsulları, energetika sahəsində əməkdaşlıq olub. Generatorlar, transformatorlar göndərilib və bu xəttlə davam edəcək. Azərbaycan Ukraynaya dəstək verir və energetika sahəsində əməkdaşlıq dərinləşir. Bununla yanaşı, hərbi və hərbi sənaye sahələri də prioritet sahələr kimi ortaya çıxır. Hətta söhbət gedir ki, iki ölkə arasında birgə istehsal da olsun.

Bütün bunlar göstərir ki, əməkdaşlığımız və münasibətlərimiz dərinləşir və bu da eyni zamanda Azərbaycanın ümumiyyətlə geniş Avropa və Avrasiya məkanında etibarlı tərəfdaş kimi özünü göstərir. Etibarlı tərəfdaş rolu möhkəmlənir. Eyni zamanda onu da qeyd edim ki, Azərbaycanın kifayət qədər təcrübəsi var beynəlxalq konfliktlərin miqyasında və Ukrayna–Rusiya danışıqları da gələcəkdə Azərbaycan ərazisində ola bilər. Buna artıq Ukrayna tərəfi özü istəyini bildirib. Bu da bir daha göstərir ki, Azərbaycan kifayət qədər etibarlı və sadiq bir tərəfdaşdır.

Azərbaycan və Ukrayna prezidentlərinin Qəbələ görüşü barədə bu açıqlamanı Milli Məclisin deputatı Fariz İsmayılzadə verib.