Deputat Fatma Yıldırım Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında aprelin 25-də baş tutan görüşlə bağlı açıqlama verib.
O bildirib ki, Ukrayna Prezidentinin ölkəmizə səfəri çərçivəsində keçirilən bu görüş Azərbaycan–Ukrayna münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, aparılan müzakirələr bir daha göstərdi ki, hər iki ölkə arasında əlaqələr qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Fatma Yıldırım vurğulayıb ki, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha nümayiş etdirir. Onun sözlərinə görə, bu əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır.
Deputat əlavə edib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi də diqqətçəkən məqamlardandır. Bu sahədə innovativ texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində atılacaq addımlar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək.
Açıqlamada həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə də toxunulub. Fatma Yıldırım qeyd edib ki, xüsusilə ukraynalı uşaqlara göstərilən qayğı Azərbaycan dövlətinin humanizm və beynəlxalq həmrəylik prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu yanaşma eyni zamanda xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Sonda deputat vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığa açıq, sülhə və sabitliyə töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir və Ukrayna ilə münasibətlərin inkişafı da məhz bu strateji xəttin davamı kimi qiymətləndirilməlidir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət







