Milli Məclisin deputatı Sahib Alıyev Ermənistan–Azərbaycan sülh prosesi, regiondakı geosiyasi vəziyyət və Avropa İttifaqının Cənubi Qafqaz siyasəti ilə bağlı fikirlərini bölüşüb.
Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi artıq yalnız keçmiş münaqişənin davamı deyil, daha geniş beynəlxalq maraqların toqquşduğu siyasi bir mərhələ kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, proses təkcə tərəflər arasında deyil, həm də regiona təsir göstərmək istəyən güclər arasında gedən “siyasi mübarizə” fonunda inkişaf edir.
Sahib Alıyev qeyd edib ki, Avropa İttifaqının Ermənistanla planlaşdırdığı sammit və regiona göndərilən mülki missiyalar bəzən sülh prosesinə dəstək kimi təqdim olunsa da, əslində bunun regionda yeni bölücü xətlər yaratmaq ehtimalı da mövcuddur.
Deputat eyni zamanda bəzi Avropa ölkələrinin rəhbərlərinin Azərbaycana səfərlərini müsbət qiymətləndirərək, bunun regionda balansın qorunmasına xidmət etdiyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə Çexiyanın yeni baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın inkişafı baxımından önəm daşıyır.
O, həmçinin müdafiə sənayesi sahəsində bir sıra ölkələrlə aparılan əməkdaşlıq danışıqlarına toxunaraq, birgə istehsal layihələrinin Azərbaycanın ixrac potensialını artıracağını və regionda sabitliyə töhfə verəcəyini bildirib.
Sahib Alıyev sonda qeyd edib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün real təhlükəsizlik mexanizmləri və qarşılıqlı etimadın formalaşması əsas şərtlərdəndir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət





