backend

Sahib Alıyev Ağdaşın Şıxlı kəndində seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Sahib Alıyev bu gün Ağdaş rayonunun Şıxlı kəndində seçicilərlə növbəti görüşünü keçirib.

Görüş zamanı kənd sakinləri ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, onların müraciət və təklifləri dinlənilib.
Deputat bildirib ki, açıq havada keçirilən görüşdə tərəflər arasında səmimi dialoq şəraitində geniş müzakirələr aparılıb: “Təmiz havada ən müxtəlif mövzularda bir xeyli fikir mübadiləsi apardıq, onlar məni, mən onları dinlədim.”
Sahib Alıyev qeyd edib ki, qaldırılan bəzi məsələlər yerində izah edilib, həlli tələb olunan məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxlanılıb və gələcəkdə də bu istiqamətdə işlərin davam etdiriləcəyi vurğulanıb.
Görüşün əsas məqsədinin vətəndaşların problemlərinin birbaşa dinlənilməsi və operativ həll mexanizmlərinin yaradılması olduğu bildirilib.