backend

Masallıda keçirilən “Kitab Festivalı – 2026” böyük maraqla qarşılandı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Masallı Kitab Festivalı – 2026” ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri kimi yadda qaldı.

30 aprel – 2 may tarixlərini əhatə edən festival Masallı şəhərində yüksək səviyyədə təşkil olunaraq kitabsevərləri, ziyalıları və gəncləri bir araya gətirdi. “Regional Maarifləndirmə” İctimai Birliyi olaraq bu mötəbər tədbirdə həm təşkilatçı, həm də fəal iştirakçı qismində yer almaqdan qürur duyuruq.

Festival çərçivəsində həyata keçirdiyimiz maarifləndirmə təşəbbüsləri və oxucularla qurulan canlı ünsiyyət bir daha göstərdi ki, cəmiyyətin inkişafında bilik və savadlılığın artırılması xüsusi əhəmiyyət daşıyır.
İnanırıq ki, bu kimi tədbirlər gənc nəslin dünyagörüşünün zənginləşməsinə, onların kitaba və elmə marağının artmasına mühüm töhfə verir. Müəlliflərlə görüşlər, müzakirələr və fikir mübadilələri isə mütaliə mədəniyyətinin inkişafına xidmət edir.

Birlik olaraq gələcəkdə də bu cür təşəbbüslərin həyata keçirilməsində fəal iştirak etməyi qarşıya məqsəd qoymuşuq. Hesab edirik ki, kitabın və maarifçiliyin təbliği istiqamətində atılan hər addım ölkəmizin intellektual inkişafına verilən dəyərli töhfədir.

Bu əlamətdar tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edir, hər kəsi kitabın işıqlı dünyasına daha sıx bağlanmağa dəvət edirik.