backend

Arzu Bağırova Masallı Kitab Festivalında Varis Yolçuyevin imza günündə iştirak etdi

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Masallıda keçirilən “Kitab Festivalı – 2026”nın ikinci günü çərçivəsində təşkil olunan tədbirdə iştirak edib.

Masallı Rayon İcra Hakimiyyəti, MÜTDA, Masallı Dövlət Regional Kolleci və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festival çərçivəsində tanınmış yazıçı Varis Yolçuyevin imza günü keçirilib.

Tədbirdə iştirak edən Arzu Bağırova müəlliflə görüşərək onun yaradıcılığı ilə bağlı fikir mübadiləsi aparıb, oxucularla birlikdə imza gününün yaratdığı müsbət atmosferi bölüşüb. Görüş çərçivəsində kitabsevərlər yazıçı ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər.

Qeyd edək ki, festival çərçivəsində keçirilən bu kimi görüşlər oxucularla müəlliflər arasında əlaqələrin möhkəmlənməsinə, mütaliə mədəniyyətinin inkişafına və ədəbiyyata marağın artmasına mühüm töhfə verir.