backend

Sahib Alıyev: “İtaliya baş nazirinin Bakıya səfəri region üçün mühüm siyasi mesajdır”

Milli Məclisin deputatı Sahib Alıyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfərini yüksək qiymətləndirib.

Deputat bildirib ki, səfər həm Azərbaycan, həm də region baxımından xüsusi əhəmiyyət daşıyır və Avropa İttifaqının Cənubi Qafqazda bölücü yanaşmalara qarşı mövqe sərgilədiyini göstərir.

Onun sözlərinə görə, İtaliya baş nazirinin Ermənistan–Avropa İttifaqı sammitində iştirak etmək əvəzinə Azərbaycana səfər etməsi də diqqətçəkici siyasi mesajdır.

Sahib Alıyev qeyd edib ki, bu gün Azərbaycan–İtaliya münasibətləri xüsusilə enerji və hərbi-texniki əməkdaşlıq sahələrində yeni mərhələyə yüksəlir. Onun sözlərinə görə, Latviya və Çexiya ilə əldə olunan razılaşmalardan sonra İtaliya da bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Deputat əlavə edib ki, Azərbaycan hazırda İtaliyanın mühüm enerji tərəfdaşlarından biridir və bu əməkdaşlıq Avropa ilə Asiya arasında ölkəmizin strateji mövqeyini daha da gücləndirir.