Milli Məclisin deputatı Fatma Yıldırım Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri İlham Əliyev və Giorgia Meloni arasında Bakıda keçirilən yüksək səviyyəli görüş və səsləndirilən bəyanatlarla bağlı paylaşım edib.
Deputat bildirib ki, 4 may tarixində baş tutan görüş Azərbaycan–İtaliya münasibətlərinin artıq strateji və çoxşaxəli tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, siyasi dialoqdan enerji təhlükəsizliyinə, iqtisadi əməkdaşlıqdan humanitar əlaqələrə qədər geniş spektri əhatə edən münasibətlər dinamik şəkildə inkişaf edir.
Fatma Yıldırım qeyd edib ki, xüsusilə enerji sahəsində, o cümlədən TAP layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirir. Eyni zamanda, İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr ölkəyə olan etimadın göstəricisi kimi dəyərləndirilib.
Deputat həmçinin Bakıda fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universitetinin iki ölkə arasında təhsil sahəsində əlaqələrin gələcək nəsillər üzərindən daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Sonda qeyd olunub ki, Azərbaycan bu gün regionda mühüm siyasi və iqtisadi mərkəzlərdən birinə çevrilib və İtaliya ilə münasibətlərin bu səviyyəyə çatması ölkənin uğurlu xarici siyasət kursunun nəticəsidir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət



