Milli Məclisin deputatı Sahib Alıyev sosial şəbəkə paylaşımında Fransa Prezidenti Emmanuel Macronun Ermənistana səfəri və orada səsləndirdiyi fikirləri şərh edib.
Deputat bildirib ki, Makronun Ermənistanı “Rusiyanın təsirindən çıxarmaq” və Avropaya inteqrasiya etmək barədə açıqlamaları ilk baxışda anti-Rusiya mövqeyi kimi görünsə də, əslində regionda yeni geosiyasi balans yaratmaq cəhdləri kimi qiymətləndirilir. O, Fransa Prezidentinin Ermənistanın təhlükəsizliyi ilə bağlı sərhəd missiyalarının gücləndirilməsi və Avropa İttifaqının rolunun artırılması çağırışlarına da toxunub.
S. Alıyev qeyd edib ki, Ermənistan ərazisində Rusiya hərbi mövcudluğu ilə bağlı müzakirələr fonunda Qərbin regiona yanaşması “tək tərəfli təhlükəsizlik modeli” deyil, daha çox “ortaq nəzarət və təsir mexanizmləri” formalaşdırmaq cəhdi kimi görünür.
Deputat eyni zamanda Azərbaycan və Türkiyənin regional sülh prosesində rolunu xüsusi vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitindəki çıxışı və Türkiyə ilə Ermənistan sərhədində Ani körpüsünün bərpası üzrə imzalanan protokol regionda əməkdaşlıq və normallaşma istiqamətində mühüm addımlardır.
Bu kontekstdə o, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə birgə təşəbbüslərin Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Sonda deputat Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallasın Bakı səfərinə də toxunaraq, regionda insan hüquqları və təhlükəsizlik mövzularında dialoqun vacibliyini qeyd edib və bu mövzuların selektiv yanaşma ilə deyil, kompleks şəkildə müzakirə olunmalı olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Siyasət






