5 May – Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi Günü münasibətilə Milli Məclisin deputatı Pərvin Kərimzadə “Fərəh” Təşəbbüs Qrupunun təşkilatçılığı ilə əlilliyi olan gənclərlə bir araya gəlib.
Səmimi çay süfrəsi ətrafında keçirilən görüş zamanı gənclərlə xoş söhbətlər aparılıb, onların fikir və təklifləri dinlənilib. Görüşdə iştirakçılar birlikdə dəyərli və unudulmaz anlar yaşayıblar.
Bildirilib ki, bu cür görüşlər xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası, sosial fəallığının artırılması və onlara mənəvi dəstəyin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Fərəh” Təşəbbüs Qrupu tərəfindən vurğulanıb ki, bundan sonra da əlilliyi olan şəxslərin yanında olmaq, onların üzündə təbəssüm yaratmaq istiqamətində layihə və görüşlər davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial





