Qaynarxett.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən bəhs edib. Deputat bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin inkişafında mühüm rol oynayır.
Çıxışlarda həmçinin 9 May – Qələbə Gününün tarixi əhəmiyyətindən danışılıb, Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi töhfələr xüsusi vurğulanıb. Bildirilib ki, tariximizin və milli dəyərlərimizin gənc nəslə aşılanması hər bir vətəndaşın qarşısında duran əsas vəzifələrdən biridir.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab və foto sərgisi nümayiş olunub, iştirakçılar qarşısında ədəbi-bədii kompozisiyalar təqdim edilib.



