backend

Pərvin Kərimzadə gənclərlə elmi konfransda bir araya gəldi

Pərvin Kərimzadə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbə elmi konfransında iştirak edib.Gəncə Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin dəstəyi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda universitet rəhbərliyi, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Pərvin Kərimzadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təhsil və gənclər siyasətinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm xidmətlərdən danışıb. Deputat bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan gəncliyinin hərtərəfli inkişafına geniş imkanlar yaradılır.

Konfrans çərçivəsində tələbələr müxtəlif mövzularda elmi məruzələrlə çıxış edib, aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tələbələrin maraqlı elmi çıxışları, fəal müzakirələri və yüksək iştirakçılığı tədbirin əsas diqqət çəkən məqamlarından olub.

Sonda tələbələrin elmi fəaliyyətinin dəstəklənməsinin vacibliyi vurğulanıb, belə tədbirlərin gənclərin bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyi qeyd edilib.