Qaynarxett.az xəbər verir ki, Gəncə Dövlət Universitetində keçirilən görüşdə deputat gənclərlə səmimi söhbət apararaq onların fikir və təşəbbüslərini dinləyib. Bildirilib ki, ölkənin gələcək inkişafında savadlı və peşəkar iqtisadçı kadrların rolu böyükdür və dövlət tərəfindən gənclərin təhsilinə xüsusi diqqət göstərilir.
Çıxış edən Pərvin Kərimzadə tələbələrə daim öz üzərlərində çalışmağı, yeniliklərə açıq olmağı və müasir iqtisadi biliklərə yiyələnməyi tövsiyə edib. Deputat vurğulayıb ki, Azərbaycan gəncliyi ölkənin sosial-iqtisadi inkişafında əsas aparıcı qüvvələrdən biridir.
Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, iqtisadiyyatın aktual məsələləri, əmək bazarının tələbləri və gənclərin gələcək karyera imkanları barədə fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıların xatirə fotosu çəkdirməsi ilə başa çatıb.




