Qaynarxett.az xəbər verir ki, tədbirdən öncə kənddə yerləşən Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra içməli su layihəsinin rəsmi açılış mərasimi keçirilib. Layihə çərçivəsində kənddaxili su şəbəkəsi yenidən qurulub, yeni su xətti çəkilərək sakinlərin istifadəsinə verilib.
Qeyd olunub ki, həyata keçirilən layihə Fındığan kəndi sakinlərinin sosial rifahının yaxşılaşdırılması, əhalinin dayanıqlı və etibarlı içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır
.


