Masallı Rayon İcra Hakimiyyətinin, MÜTDA-nın, Masallı Dövlət Regional Kollecinin və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə 30 aprel – 2 may tarixlərində Masallı şəhərində möhtəşəm kitab festivalı keçirilib.
Qaynarxett.az xəbər verir ki, festival çərçivəsində Azərbaycan ədəbiyyatının dəyərli nümayəndəsi, xalq şairi Vahid Əzizin “Yaşadım, yaşamaq ehtiyacında” adlı yeni kitabı Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə nəşr olunaraq oxuculara təqdim edilib. Bu təqdimat tədbirin ən mühüm mədəni hadisələrindən biri kimi yadda qalıb.
Təəssüflə bildirilib ki, Vahid Əziz səhhətinə və üzrlü səbəblərə görə festivalda şəxsən iştirak edə bilməyib. Lakin o, tədbir iştirakçılarına səmimi salamlarını və təşəkkürlərini çatdıraraq, kitabın oxuculara hədiyyə olunmasını yüksək qiymətləndirib.
Təşkilatçılar bildiriblər ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi gələcəkdə də bu kimi mədəni layihələrin həyata keçirilməsini, ziyalıların yaradıcılığının geniş auditoriyaya çatdırılmasını və kitab mədəniyyətinin inkişafını əsas fəaliyyət istiqamətlərindən biri kimi davam etdirəcək.
Qeyd edilib ki, Masallıda keçirilən kitab festivalı bir daha göstərib ki, kitab cəmiyyətin maariflənməsi, düşüncə mədəniyyətinin formalaşması və gənc nəslin intellektual inkişafında mühüm rol oynayır.
Sonda Vahid Əzizə möhkəm can sağlığı arzulanıb və onun yaradıcılığına göstərdiyi töhfəyə görə təşəkkür ifadə olunub.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial





