backend

Masallı Kitab Festivalında Arzu Nağıyevin “Qara Kabus” kitabının təqdimatı keçirilib

Masallı Rayon İcra Hakimiyyəti, MÜTDA, Masallı Dövlət Regional Kolleci və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə 30 aprel–2 may tarixlərində Masallıda möhtəşəm “Kitab Festivalı – 2026” keçirilib.

Festival çərçivəsində millət vəkili Arzu Nağıyevin “Qara Kabus” adlı kitabı Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə nəşr olunaraq oxuculara təqdim edilib. Bu təqdimat tədbirin mühüm mədəni və ictimai hadisələrindən biri kimi yadda qalıb.

Təəssüflə qeyd olunub ki, Arzu Nağıyev üzrlü səbəblərdən festivalda şəxsən iştirak edə bilməyib. Lakin o, tədbir iştirakçılarına səmimi salamlarını və təşəkkürlərini çatdırıb, kitabın oxuculara təqdim olunmasını yüksək qiymətləndirib.

Bu təşəbbüs bölgədə intellektual mühitin inkişafına, kitab mədəniyyətinin genişlənməsinə və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi gələcəkdə də bu istiqamətdə layihələrin həyata keçirilməsini əsas fəaliyyət prioritetlərindən biri kimi müəyyənləşdirir.

Qeyd edək ki, Masallı Kitab Festivalı bir daha göstərdi ki, kitab cəmiyyətin maariflənməsi və gələcək nəsillərin intellektual inkişafında mühüm rol oynayır.