Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Masallıda keçirilən “Kitab Festivalı – 2026”nın üçüncü günü çərçivəsində təşkil olunan ədəbi görüşdə iştirak edib.
Masallı Rayon İcra Hakimiyyəti, MÜTDA, Masallı Dövlət Regional Kolleci və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Beynəlxalq “Alaş” mükafatı laureatı, şair Əkbər Qoşalı oxucularla səmimi görüş keçirib.
Tədbir çərçivəsində təşkilatın dəstəyi ilə şairin seçilmiş əsərləri çap olunaraq ədəbiyyatsevərlərə təqdim edilib. Görüş yalnız imza günü ilə məhdudlaşmayaraq, poeziyanın gücünü və sözün insanları birləşdirən təsirini nümayiş etdirən ədəbi məkan kimi yadda qalıb.
Qeyd edilib ki, belə görüşlər ədəbiyyatın yaşadılması, oxucu marağının artırılması və söz sənətinə dəyərin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
maraqli / Sosial
banner / gundem / Siyasət
gundem / Siyasət



