backend

Arzu Bağırova Masallı Kitab Festivalında Elçin Mirzəbəylinin imza günündə iştirak etdi

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Masallıda keçirilən “Kitab Festivalı – 2026”nın üçüncü günü çərçivəsində təşkil olunan imza günündə iştirak edib.

Masallı Rayon İcra Hakimiyyəti, MÜTDA, Masallı Dövlət Regional Kolleci və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən festival çərçivəsində millət vəkili və tanınmış ziyalı Elçin Mirzəbəylinin imza günü baş tutub.

Tədbirdə oxucularla səmimi görüş keçirilib, fikir mübadiləsi aparılıb və iştirakçılar müəllifin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Görüş yalnız imza mərasimi ilə məhdudlaşmayaraq, həm də düşüncələrin paylaşılması və mənəvi ünsiyyətin güclənməsi baxımından diqqət çəkib.

Qeyd edilib ki, kitablar cəmiyyətin intellektual inkişafında mühüm rol oynayır və belə tədbirlər gənclərin mütaliəyə marağının artırılmasına, milli-mənəvi dəyərlərin qorunmasına və ziyalı–oxucu əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Festivalın bu mərhələsi həm maarifləndirici, həm də ruhlandırıcı platforma kimi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.