backend

Arzu Bağırova Masallı Kitab Festivalında Ceyhun Məmmədovun imza günündə iştirak edib

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Masallıda keçirilən “Kitab Festivalı – 2026”nın üçüncü günü çərçivəsində təşkil olunan tədbirdə iştirak edib.

Masallı Rayon İcra Hakimiyyəti, MÜTDA, Masallı Dövlət Regional Kolleci və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən festival çərçivəsində millət vəkili Ceyhun Məmmədovun imza günü baş tutub.

Tədbir zamanı təşkilatın dəstəyi ilə çap olunan “Gənclərə tövsiyələr” adlı kitabın təqdimatı da həyata keçirilib. Görüş oxucularla birbaşa ünsiyyət, fikir mübadiləsi və kitabın maarifləndirici rolunun vurğulanması baxımından xüsusi əhəmiyyət daşıyıb.

İştirakçılar Ceyhun Məmmədovun gənclərə ünvanladığı fikirləri maraqla qarşılayıb, təqdim olunan kitab isə böyük diqqət və rəğbət qazanıb. Görüş kitabın cəmiyyətdəki rolu və gənclərin maarifləndirilməsi baxımından yadda qalan anlarla yadda qalıb.

Qeyd edilir ki, belə tədbirlər oxucuların müəlliflərlə birbaşa ünsiyyət qurmasına, kitaba marağın artmasına və maarifləndirmə işinin güclənməsinə mühüm töhfə verir.