backend

Arzu Bağırova Masallı Kitab Festivalında Rüstəm Behrudinin imza günündə iştirak etdi

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Masallıda keçirilən “Kitab Festivalı – 2026”nın ikinci günü çərçivəsində təşkil olunan tədbirdə iştirak edib.

Masallı Rayon İcra Hakimiyyəti, MÜTDA, Masallı Dövlət Regional Kolleci və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festival çərçivəsində tanınmış şair Rüstəm Behrudinin imza günü keçirilib.

Tədbirdə iştirak edən Arzu Bağırova müəlliflə görüşərək onun yaradıcılığı barədə fikir mübadiləsi aparıb, oxucularla birlikdə imza gününün yaratdığı səmimi mühiti bölüşüb. Görüş zamanı kitabsevərlər şairlə birbaşa ünsiyyət qurmaq və əsərlərini imzalatmaq imkanı əldə ediblər.

Qeyd edək ki, bu kimi görüşlər oxucularla müəlliflər arasında əlaqələrin möhkəmlənməsinə, mütaliə mədəniyyətinin inkişafına və gənclər arasında ədəbiyyata marağın artırılmasına mühüm töhfə verir.