backend

Arzu Bağırova Masallı Kitab Festivalında Rövşən Abdullaoğlunun imza günündə iştirak etdi

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Masallıda keçirilən “Kitab Festivalı – 2026”nın ikinci günü çərçivəsində təşkil olunan tədbirdə iştirak edib.

Masallı Rayon İcra Hakimiyyəti, MÜTDA, Masallı Dövlət Regional Kolleci və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən festival çərçivəsində tanınmış yazıçı Rövşən Abdullaoğlunun imza günü baş tutub.

Tədbirdə iştirak edən Arzu Bağırova müəlliflə görüşərək onun yaradıcılığı barədə fikir mübadiləsi aparıb, oxucularla birlikdə imza gününün yaratdığı səmimi mühiti bölüşüb. Görüş zamanı kitabsevərlər yazıçı ilə birbaşa ünsiyyət qurmaq və əsərlərini imzalatmaq imkanı əldə ediblər.

Qeyd edək ki, bu cür görüşlər oxucularla müəlliflər arasında əlaqələrin möhkəmlənməsinə, mütaliə mədəniyyətinin inkişafına və gənclər arasında kitaba marağın artırılmasına mühüm töhfə verir.