Səfər çərçivəsində kənd təsərrüfatı və qida sənayesi sahəsində təqdim olunan ən son yeniliklər, müasir texnologiyalar və innovativ həllərlə yaxından tanış olunub. Sərgilərdə müxtəlif ölkələrin şirkətləri tərəfindən təqdim edilən məhsul və texnoloji həllər böyük maraqla qarşılanıb.
Qeyd edilib ki, bu kimi beynəlxalq sərgilər aqrar və qida sənayesinin inkişafı, yeni texnologiyaların ölkəyə transferi və sahə üzrə əməkdaşlıqların genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi gələcəkdə də bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərdə iştirakın davam etdiriləcəyini və innovativ təcrübələrin ölkədə tətbiqinə dəstək verəcəyini bildirib.




