backend

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi illik fəaliyyət jurnallarını təqdim edib

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin hazırladığı illik hesabat jurnalları yalnız fəaliyyətimizin toplusu deyil, həm də böyük zəhmətin, məsuliyyətin və daxili bağlılığın nəticəsidir. Bu nəşrlər sadəcə jurnal deyil, sanki bir övlad kimi əziz və dəyərlidir.

Hər səhifəsində görülən işlərin izi, hər sətirində çəkilən zəhmətin nəfəsi olan bu jurnallar illərin əməyini özündə yaşadır. Bu 1 ildən 8 ilə qədər olan yol təkcə rəqəmlərlə ifadə olunan zaman kəsiyi deyil, həm də zəhmətin, əzmin və inamın nəticəsidir. Hər bir il yeni təcrübə, yeni nailiyyət və daha böyük məsuliyyət deməkdir. Allahın izni ilə bu fəaliyyətimizi gələcək illərdə də davam etdirəcək, daha geniş layihələr və təşəbbüslərlə cəmiyyətə töhfə verməyə çalışacağıq deyə birliyin sədri Arzu Bağırova bildirib.

https://youtube.com/shorts/W_iZA3DygPQ?si=ueUsSb23K0TKRr-Q