Türk Dövlətləri Təşkilatının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşü zamanı Prezident İlham Əliyevin çıxışında söylədiyi fikirlər bir daha təsdiq etdi ki, türk dünyasının inteqrasiyası birliyinin yaradılması ideyasının müəllifi məhz Azərbaycan olub. Bu gün dünyada baş verən münaqişə və müharibələr, enerji resursları savaşı yeni dünya düzəninin yaranmasına səbəb olub. Bu cür mürəkkəb və gərgin geosiyasi şəraitdə TDT yalnız iqtisadi, humanitar bir platforma deyil, eyni zamanda Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva "Azərbaycan" qəzetinə açıqlamasında vurğulayıb ki, artıq ənənəyə çevrilmiş TDT-nin qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı Prezident İlham Əliyevdir. 2024-cü ildə ilk görüşün Şuşa şəhərində baş tutduğunu xatırladan ekspert bildirib ki, Şuşada Qarabağ Bəyannaməsinin imzalanması türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin, regionda yaratdığı reallıqları dəstəklədiyinin nümunəsidir. "Sözsüz ki, istər rəsmi, istərsə də qeyri-rəsmi Zirvə görüşləri təşkilatın daha da güclənməsinə, əlaqələrin genişlənməsinə xidmət edir. Budəfəki qeyri-rəsmi Zirvə görüşünün Qazaxıstanın Türküstan şəhərində keçirilməsi də təsadüfi deyil. Türküstan türk dünyasının sivilizasiyasının mənəvi paytaxtı hesab olunur. Türküstanla Şuşanın qardaşlaşmış şəhər olması türk xalqlarının ortaq tarixə, mədəniyyətə, eyni soykökə bağlılığını da nümayiş etdirir. Azərbaycan türk dünyasını coğrafi cəhətdən də bir-birinə bağlayan strateji mərkəzdir. Cənab İlham Əliyevin Azərbaycanda çoxşaxəli nəqliyyat-logistika layihələrini reallaşdırması nəticəsində Orta dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizi açılacaq ki, bu da Mərkəzi Asiyanın Türkiyə ilə bağlantısını yaradacaq. Zəngəzur dəhlizi, həmçinin Çin-Mərkəzi Asiya-Türkiyə xəttini Avropa ilə birləşdirən mühüm nəqliyyat marşrutu olacaq. Şübhəsiz ki, burada Azərbaycan dövlətinin rolu əvəzolunmazdır", - deyə o bildirib.
1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayda türk dünyasının inteqrasiyasının təməli qoyulduğunu xatırladan K.Əliyeva diqqətə çatdırıb ki, bu il Bakıda qurultayın 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Türkdilli ölkələrin ortaq əlifbasının yaradılması haqqında qərar tarixi əhəmiyyət kəsb edir. Bu məsələdə də Azərbaycan lider dövlət kimi çıxış edir. Türk Dünyası Ortaq Əlifba Komissiyasının 2024-cü ildə Bakıda keçirilməsi sübut edir ki, bu istiqamətdə də Azərbaycanın atdığı addım əvəzsizdir. Ortaq əlifba vahid informasiya və kommunikasiya sisteminə, mədəni və təhsil infrastrukturuna keçidə böyük imkanlar yaradacaq.
Qeyri-rəsmi Zirvə görüşündə "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunun xüsusi diqqət çəkdiyini deyən ekspert bildirib ki, bu mövzunun ciddi şəkildə müzakirə olunması TDT-nin dünya texnoloji və süni intellekt yarışmasında öndə gedən təşkilata çevrilməyi hədəf aldığını deməyə əsas verir: "Müasir dünyada dövlətlərin gücü siyasi, iqtisadi, hərbi sahələrin yüksəlişi ilə yanaşı, rəqəmsal və süni intellektin inkişaf etdirilməsi ilə də ölçülür. Bu sahədə də Azərbaycan TDT-də öndə gedir. Son illər ölkəmizdə rəqəmsal hökumət sisteminin, elektron xidmətlərin, eləcə də Bakıda Süni İntellekt Akademiyasının yaradılması ölkəmizdə bu istiqamətdə olduqca ciddi addımların atıldığından xəbər verir. Rəqəmsal və süni intellekt sahəsində birgə əməkdaşlıq TDT-yə beynəlxalq aləmdə böyük nüfuz qazandıracaq. Görülən işlər ondan xəbər verir ki, Türk Dövlətləri Təşkilatı əsrimizin ən güclü və qüdrətli təşkilatına çevriləcək".
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Siyasət




