Deputat bildirib ki, yüksək səviyyədə təşkil olunan forum beynəlxalq iştirakçıların geniş təmsilçiliyi, müasir yanaşmalar və aktual müzakirələri ilə diqqət çəkib. Onun sözlərinə görə, bu mötəbər tədbir Azərbaycanın qlobal əhəmiyyətli beynəlxalq platformalara uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirib.
Fatma Yıldırım qeyd edib ki, WUF13 çərçivəsində aparılan müzakirələr şəhərlərin dayanıqlı inkişafı, təhlükəsizlik, innovativ şəhərsalma həlləri və müasir urbanizasiya siyasətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat vurğulayıb ki, belə nüfuzlu beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə və ölkənin qlobal əməkdaşlıq platformalarında rolunun artmasına mühüm töhfə verir.



