Sərgidə müxtəlif sahələri əhatə edən elmi, bədii və maarifləndirici nəşrlər nümayiş olunub, tələbələrə mütaliənin əhəmiyyəti, kitabın insan dünyagörüşünün formalaşmasındakı rolu barədə məlumat verilib.
Deputat Pərvin Kərimzadə tədbirdə çıxışı zamanı gənclərin mütaliəyə marağının artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, kitab cəmiyyətin intellektual inkişafının əsas amillərindən biridir. O, belə maarifləndirici tədbirlərin tələbələrin bilik və dünyagörüşünün genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Tədbir iştirakçıları sərgidə nümayiş olunan nəşrlərlə yaxından tanış olub, mütaliə mədəniyyətinin təbliği istiqamətində fikir mübadiləsi aparıblar.


