Tədbirlər çərçivəsində böyük şairin zəngin yaradıcılığından bəhs olunub, onun Azərbaycan ədəbiyyatına və milli-mənəvi dəyərlərimizin formalaşmasına verdiyi töhfələr xüsusi vurğulanıb. Çıxış edənlər qeyd ediblər ki, Səməd Vurğunun əsərləri bu gün də aktuallığını qoruyur, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır.
Deputat Pərvin Kərimzadə yubiley tədbirlərinin milli ədəbi irsimizin təbliği və klassik poeziyamızın gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini qeyd edib. O, dahi şairin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını bildirib.




