Milli Məclisin deputatı Fatma Yıldırım BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – World Urban Forum 13 çərçivəsində təşkil olunan Urban Expo sərgisində dəyərli həmkarı Mübariz Qurbanlı ilə birlikdə Saudi Arabia milli pavilyonunu ziyarət edib və nümayəndə heyəti ilə görüş keçirib.
Deputat bildirib ki, Azərbaycan–Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu görüşlər yalnız şəhərsalma sahəsində təcrübə mübadiləsi deyil, eyni zamanda iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir.
Qeyd olunub ki, Saudi Arabia nümayəndə heyətinin forumda geniş tərkibdə iştirakı urbanizasiya, dayanıqlı yaşayış məkanları, “ağıllı şəhər” konsepsiyası və müasir infrastruktur həllərinə verilən önəmi açıq şəkildə nümayiş etdirib. Pavilyonda təqdim olunan layihələr xüsusilə insan yönümlü şəhər inkişafı, rəqəmsal transformasiya, ekoloji yanaşmalar və yaşayış keyfiyyətinin yüksəldilməsi baxımından maraq doğurub.
Görüş zamanı şəhərsalmanın artıq yalnız memarlıq və infrastruktur məsələsi olmadığı, eyni zamanda sosial rifah, milli kimlik, ekoloji təhlükəsizlik və iqtisadi dayanıqlılıqla birbaşa bağlı olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan və Saudi Arabia bu istiqamətdə oxşar yanaşmalar nümayiş etdirir və hər iki ölkə milli-mədəni irsi qorumaqla yanaşı, müasir və dayanıqlı şəhər modellərinin qurulması istiqamətində mühüm addımlar atır.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını uğurla tətbiq edir, Saudi Arabia isə “Vision 2030” proqramı çərçivəsində urban inkişaf və yaşayış mühitinin modernizasiyası istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu baxımdan qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlığın gələcək üçün mühüm perspektivlər açdığı bildirilib.
Deputat vurğulayıb ki, World Urban Forum 13 bir daha Azərbaycanın qlobal şəhərsalma və dayanıqlı inkişaf platformalarında fəal təşəbbüskar ölkələrdən biri olduğunu nümayiş etdirib. Bakının belə mötəbər beynəlxalq forumlara ev sahibliyi etməsi ölkənin artan beynəlxalq nüfuzunun və çoxtərəfli əməkdaşlığa verdiyi töhfənin göstəricisi kimi dəyərləndirilib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət


