Sammit çərçivəsində regionların iqtisadi inkişaf perspektivləri, rəqəmsal texnologiyaların tətbiqi, innovasiya mühiti və startap ekosisteminin genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb. Tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, texnologiya sahəsinin təmsilçiləri və ictimai fəallar iştirak ediblər.
Bildirilib ki, regionlarda rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ yanaşmaların təşviqi və biznes mühitinin gücləndirilməsi iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Sammit zamanı təqdim olunan innovativ layihələr və sərgilərlə tanışlıq iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir çərçivəsində müxtəlif sahələri təmsil edən iştirakçılar arasında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, belə təşəbbüslər regionlarda sahibkarlığın inkişafına, rəqəmsallaşma prosesinin genişlənməsinə və innovativ biznes təşəbbüslərinin dəstəklənməsinə mühüm töhfə verir.





