backend

Fatma Yıldırım ekoloqları peşə bayramı münasibətilə təbrik edib

Deputat paylaşımında ekoloji tarazlığın qorunmasının, təbii resurslardan səmərəli istifadənin və gələcək nəsillərə sağlam mühitin ötürülməsinin qlobal əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu sahədə çalışan mütəxəssislər cəmiyyətin dayanıqlı inkişafına xidmət edən mühüm missiyanı yerinə yetirirlər.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan ekoloji təhlükəsizlik, yaşıl enerji keçidi və dayanıqlı inkişaf istiqamətində ardıcıl siyasət həyata keçirir. Deputat xüsusilə işğaldan azad olunmuş ərazilərdə icra edilən “yaşıl transformasiya” layihələrinin ölkənin strateji baxışının mühüm hissəsi olduğunu diqqətə çatdırıb.

Paylaşımda ekoloqların bilik və təcrübəsinin təbiətin qorunmasına, ekoloji mühitin sağlamlaşdırılmasına və gələcək nəsillər üçün dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verdiyi vurğulanıb.

Sonda deputat bütün ekoloqlara möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.