backend

Deputat Azər Kərimli Car və Kebeloba kəndlərində vətəndaşlarla görüş keçirib

Milli Məclisin deputatı Azər Kərimli Zaqatala rayonunun Car və Kebeloba kəndlərində sakinlərlə növbəti görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən sosial, infrastruktur və digər məsələlər ətrafında müzakirələr aparılıb. Səsləndirilən müraciətlərin bir qismi yerində araşdırılaraq operativ şəkildə həllini tapıb.
Həlli daha geniş araşdırma və aidiyyəti dövlət qurumlarının iştirakı tələb edən müraciətlər isə qeydə alınıb. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli istiqamətində müvafiq qurumlar qarşısında məsələlərin qaldırılacağı və lazımi addımların atılacağı bildirilib.
Deputat Azər Kərimli qeyd edib ki, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi onların problemlərinin öyrənilməsi, operativ həlli və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.