backend

Deputat Günay Əfəndiyeva Şüvəlanda vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Günay Əfəndiyeva təmsil etdiyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində növbəti vətəndaş qəbulunu keçirib.

Qaynarxett.az xəbər verir ki, qəbul zamanı sakinlərin fərdi və ictimai əhəmiyyət daşıyan müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Deputat bildirib ki, qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılacaq, müraciətlərin qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli üçün zəruri addımlar atılacaq.
Günay Əfəndiyeva vətəndaşlarla birbaşa ünsiyyətin onların problemlərinin operativ həlli baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bu cür qəbulların mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.