backend

Naqif Həmzəyev Gəncədə vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə şəhərində vətəndaşlarla növbəti qəbul keçirib.

Qəbul zamanı şəhər sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaşlar sosial, məşğulluq, sənədləşmə, hüquqi və digər məsələlərlə bağlı müraciətlərini deputata çatdırıblar.
Naqif Həmzəyev hər bir müraciətə diqqətlə yanaşaraq səsləndirilən məsələlərin aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Qəbul zamanı həlli əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb, aidiyyəti qurumlara müraciətlərin ünvanlanacağı qeyd olunub.
Deputatın Gəncə sakinləri ilə mütəmadi görüşlər keçirməsi və vətəndaşların müraciətlərini birbaşa dinləməsi seçicilərlə əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qeyd edək ki, Naqif Həmzəyev daha əvvəl də Gəncədə vətəndaş qəbulları keçirib və seçicilərin müxtəlif məsələlərlə bağlı müraciətlərini dinləyib