8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazın tarixində mühüm siyasi hadisə kimi yadda qaldı.
Ötən bir il ərzində bu görüşün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması baxımından əhəmiyyətini daha aydın görmək mümkündür. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin razılaşdırılmış mətninin paraflanması mühüm addım oldu. Eyni zamanda, ATƏT-in Minsk prosesinin və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciətin imzalanması Azərbaycanın uzun illər müdafiə etdiyi mövqeyin növbəti təsdiqi idi.
Bu prosesdə Prezident İlham Əliyevin prinsipial və uzaqgörən diplomatiyası xüsusi qeyd olunmalıdır. Dövlətimizin başçısı bütün mərhələlərdə Azərbaycanın milli maraqlarını, ərazi bütövlüyünü və suverenliyini əsas götürərək sülh gündəliyini ardıcıl şəkildə müdafiə edib.
Vaşinqton görüşü regionda yeni siyasi reallığın formalaşmasına mühüm təkan verdi. Artıq Cənubi Qafqazın gələcəyi münaqişə və qarşıdurma deyil, sülh, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı kontekstində nəzərdən keçirilir.
Əldə olunan razılaşmalar regional kommunikasiyaların açılması üçün də yeni imkanlar yaradır. Nəqliyyat əlaqələrinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası əsasında inkişaf etdirilməsi Azərbaycanın regionda mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir.
Bu gün əsas vəzifə əldə olunmuş razılaşmaların davamlı sülhə çevrilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılmasıdır. Azərbaycan bu prosesdə fəal və aparıcı rol oynamağa hazırdır.
Vaşinqton görüşünün birinci ildönümü bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Fatma Yıldırım
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / maraqli / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət







