Milli Məclisin deputatı Razi Nurullayev sahibkarlarla görüş keçirib.
Görüş zamanı sahibkarlığın inkişafı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarların qarşılaşdığı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Deputat bildirib ki, sahibkarın arxasında təkcə bir şirkət, mağaza və ya istehsal sahəsinin dayanmadığını, burada insanların iş yerlərinin, ailələrin dolanışığının, dövlətə ödənilən vergilərin və ölkənin iqtisadi gələcəyinin olduğunu nəzərə almaq lazımdır.
Razi Nurullayevin sözlərinə görə, sahibkar qazandıqca dövlət də qazanır. Bu baxımdan sahibkarlara süni maneələrin yaradılması ölkənin iqtisadi imkanlarının məhdudlaşdırılması deməkdir.
Deputat qeyd edib ki, sahibkarın dövlətdən gözləntisi xüsusi imtiyaz deyil, normal, şəffaf və proqnozlaşdırılan iş mühitidir:
“Qaydalar aydın, prosedurlar sadə, qərarlar sürətli və münasibət ədalətli olmalıdır.”
Razi Nurullayev “bir pəncərə” sisteminin yalnız kağız üzərində deyil, real həyatda da effektiv işləməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, sahibkar eyni məsələ ilə bağlı müxtəlif qurumların qapısını döyməməli, vaxtını və enerjisini bürokratik prosedurlara deyil, biznesinin inkişafına sərf etməlidir.
Deputat lisenziya, icazə, torpaq, kredit, vergi, gömrük və kommunal məsələlərdə təkrarlanan prosedurların mümkün qədər aradan qaldırılmasının vacibliyini bildirib.
Görüşdə maliyyəyə çıxış imkanlarının genişləndirilməsi məsələsinə də toxunulub. Xüsusilə yeni fəaliyyətə başlayan və istehsal yaradan sahibkarlar üçün münasib şərtli kredit, zəmanət və sığorta mexanizmlərinin genişləndirilməsinin əhəmiyyətli olduğu qeyd edilib.
Razi Nurullayev sahibkara yalnız vergi ödəyicisi kimi yanaşmağın düzgün olmadığını bildirib. Onun sözlərinə görə, sahibkar yeni iş yerləri yaradır, insanlara gəlir qazandırır, məhsul və xidmətlər təqdim edir və bununla da ölkədə iqtisadi fəallığın artmasına töhfə verir.
Deputat vurğulayıb ki, dövlət, sahibkar və vətəndaş bir-birinə mane olan tərəflər deyil, eyni iqtisadi sistemin üç dayağı olmalıdır.
“Sahibkarın işi asanlaşdıqca yeni iş yerləri yaranacaq, istehsal artacaq, vergi bazası genişlənəcək və insanların rifahı yüksələcək”, – deyə deputat qeyd edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət





