Milli Məclisin deputatı Fatma Yıldırım Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edərək bildirib ki, səfər dövlətin Naxçıvana xüsusi diqqətinin və qədim Azərbaycan torpağının inkişafının dövlət siyasətində mühüm prioritetlərdən biri olduğunun növbəti göstəricisidir.
Deputat qeyd edib ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və dövlət başçısının hər səfəri regionun təhlükəsizliyinin, sosial-iqtisadi inkişafının və əhalinin rifahının diqqət mərkəzində olduğunu nümayiş etdirir.
Fatma Yıldırımın sözlərinə görə, qarşıdakı dövrdə Naxçıvanda məşğulluğun artırılması, yeni investisiyaların cəlb edilməsi, sahibkarlığın inkişafı, infrastrukturun yenilənməsi və sosial xidmətlərin genişləndirilməsi əsas istiqamətlərdən olmalıdır.
Deputat nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsinin də Naxçıvanın gələcək inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, regionun Azərbaycanın digər əraziləri ilə iqtisadi əlaqələrinin gücləndirilməsi, tranzit və logistika imkanlarının artırılması Naxçıvanın strateji əhəmiyyətini daha da yüksəldəcək.
“Naxçıvan Azərbaycan ilə Türkiyəni birləşdirən mühüm coğrafi körpüdür. Azərbaycan-Türkiyə qardaşlığı və regionda formalaşan yeni nəqliyyat, ticarət, enerji və logistika imkanları Naxçıvanın strateji mövqeyini daha da gücləndirir”, – deyə deputat bildirib.
Fatma Yıldırım hesab edir ki, Prezident İlham Əliyevin Naxçıvana səfərinin əsas mesajlarından biri regionun Azərbaycanın vahid inkişaf strategiyasının ayrılmaz hissəsi olmasıdır.
Deputat əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, Qarabağda həyata keçirilən Böyük Qayıdış və ölkənin bütün regionlarında aparılan genişmiqyaslı quruculuq işləri Naxçıvan üçün də yeni imkanlar yaradır.
“Əminəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan qarşıdakı illərdə daha müasir, daha güclü və daha dinamik inkişaf edən region kimi Azərbaycanın ümumi yüksəlişinə mühüm töhfə verəcək”, – deyə deputat vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial






