backend

Ağstafada mərhum icra başçısının adından "işlər" görülür- Qanunsuz tikintidə Sənan Mustafayevin adı keçir

Faktinfo.az xəbər verir ki,Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumatlara görə, Ağstafa Dəmiryol Stansiyasının qarşısında, ulu öndər Heydər Əliyev prospektində, daha dəqiq desək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Rafiq Alcanovun büstünün ucaldığı kiçik parkda qanunsuz tikinti işləri həyata keçirilir.

Söylənilənlərə görə, belə bir qanunsuzluq işlərinə Ağstafanın sabiq icra başçısının (mərhum Nizaməddin Quliyevin) zamanında icazə verilsə də, az sonra həyata keçirilən həbs əməliyyatları bu kimi işlərin yarımçıq qalmasına səbəb olur. Bəzi mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, təqribən 20 min manat “haqq-hesab”ın qarşılığında razılığı alınan və qeyd olunan ünvanda inşaası həyata keçirilən tikinti işləri Qoşqar Hacıyev adlı şəxsə məxsusdur. Başqa bir məlumatda o da vurğulanır ki, belə bir tikinti işlərinin xeyr-duasının alınmasında Ağstafa şəhər İƏD üzrə nümayəndəsi Etibar Hacıyevin xüsusi rolu olur. Yəni, adı çəkilən bu vəzifə sahibi sabiq icra başçısının dönəmində qeyd olunan işin həllinə qol qoyur və lazımi vasitəçilik missiyasını da həyata keçirir.
Elə ki, icra başçısının həbs olunması əməliyyatı həyata keçirilir və tikinti işləri yarımçıq qalır, bütün bunlara baxmayaraq yeni icra başçısının təyinatından az sonra Etibar Hacıyev, yenə də vasitəçilik missiyasını həyata keçirməli olur. Yəqin ki, buna da əsas səbəb Ağstafa şəhər İƏD üzrə nümayəndəsinin sahibkar Qoşqar Hacıyevin qarşısında götürdüyü öhdəliklər olur. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Rafiq Alcanovun büstünün ucaldığı kiçik parkda belə bir qanunsuz tikinti işlərinin həyata keçirilməsi hüquqi baxımdan yolverilməz hal olsa da, Ağstafada vəzifə sahibi olan şəxslərdən bəziləri, məhz qanunun lazımi tələblərinə əməl etmirlər. Bu cür addımların atılması onu sübut edir ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları Ağstafada tapdaqlar altına atılır və nəticədə yerli sakinləri istirahət etmək hüquqlarına, həmçinin digər hüquqlarının təmin olunmasına əhəmiyyət verilmir.

P.S. Səsləndirilən ittihamlara aydınlıq gətirmək üçün Şəhər İcra Nümayəndəsi Etibar Hacıyevə zəng edib mövqeyini öyrənmək istədik. O, qəti şəkildə, «mən kiməm ki, tikintiyə icazə verim. Rayonun memarı və başçısı var, gedin suallarınızı onlara verin,tikintiyə onlar icazə verib.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.