Son iki ildə dövrü mətbuatda, sosial şəbəkələrdə ölkənin meşə təsərrüfatında "ekoloji soyqırımlar" barədə kifayət qədər məlumat dərc olunmuşdur. Amma çox təəssüflər olsun ki, hər dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sözügedən şikayətlərə saxta "don" geyindirməyə calışır. Təsəvvür edin, iki-üc il bundan öncə adi bir meşə qırıntısından bəhs edən bir yazı, video-görüntü az qala ölkə gündəminə cevrilirdi. Nazirlik operativ olaraq dərhal hərəkətə kecir, araşdırma aparır, üzə cıxan nöqsanları aradan qaldırmaga calışırdı. Lakin indi vəziyyət cox acınacaqlı duruma düşüb.
Redaksiyamızı məlumatlandıran mənbənin dediyinə görə Ekologiya Nazirinin müavini Firdovsi Əliyev bu sahədən uzaqlaşdırıldı və kadr işlərinə, digər sahələrə nəzarət nazir müavini Vüqar Kərimova tapşırıldı. Və elə o vaxtdan da ekologiyanın, ən əsas isə meşələrin "fatihə"si verildi: "Vüqar müəllim əvvəl kadrların "ovu"na çıxdı və onlar müxtəlif oyunlarla şərləyib işdən uzaqlaşdırdı, yerlərinə isə "mütəxəsiska"lar gətirildi. Siz təsəvvür edin, Regional Meşə Təsərrüffatıarı Mərkızində rəhbər, baş mühəndis və mütəxəssis vəzifələrində orta ixtisaslı və qeyri-peşəkarlar (qeyri-meşəçilər) əyləşib. Bu təmiz biyabırçılığdır!!!. Meşələri kütləvi qırdırırlar və ağacların isə "işlik" material kimi sexlərə satırlar.
Son iki il ərzində nə qədər təcrübəli Sovetlər dönəmində Rusiyanın müxtəlif şəhərlərində ali təhsil almış meşə mühəndisləri Ekologiya və Təbii Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun göstərişi ilə işdən uzaqlaşdırıldı ( hətta bəziləri şərlənərək), onların yerinə isə mühasib, baytar, zootexnik, idman müəllimi , hərbiçi və mexaniklər gətirildi. Bu mürəkkəb sahəni sözügedən qeyri-meşəçilərə tapşırmaq bağışlanılmaz səhfdir və təbiətə xəyanətdir.
Bir təsəvvür edin meşənin funksiyasını bilməyən və hətta ağacların cinslərini belə tanımayan şəxsləri gətirib meşə sahəsinə rəhbər vəzifəyə qoydular. Bu nə deməkdir?
"Naziri müavini Vüqar Kərimov 2019-cu ilda Kand tasarrufati nazirliyindan kulli migdarda pul manimsadiyina gora isdan govulmus Namiq Xidirovu Ekologiya Nazirliyina Audit sobasinin raisi vazifasina gatirmis va 2020- ci ildə Mesalarin Xidmat raisi vazifasina tagdim etmis va hamin dövrdən meşələrin qara günləri başlamışdır. Yeni rəis də öz növbasinda qovuldugu köhnə iş yerində rəsi olmuş Mehmani ozuna muavin təyin etdi. Eləcə da Vüqar Kərimov tələbə oldaşı olan Adəmi Masallı mesa idarəsinin raisi təyin etdirdi. Baxaq ki, bu şəxslərin hansının təhsili bu sahədə işləməyə uygun gəlir. Nazirliyi qohum-ıqraba, dost-tanış "oylagına" cevirən nazir müavini ana təbiətimizə, eləcə də dövlətə küllı miqdarda ziyan vurdugu göz qabagındadır. "
Mənbə bildirir ki, iş o yerə gedib cıxıb ki, mətbuatda Vüqar Kərimov qalmaqalı Ramiz Mehdiyevin yaxın cevrəsinə də gedib cıxıb:" Bu günlərdə R. Mehdiyevin yeznəsi, keçmiş deputat İlham müəllim Vüqar Kərimovu agsaqqalın adınnan kəskin danlayıb ki, ortada Ramiz müəllimin adı hallanır, bu nədir, nə məsəslədir. Namiq Xıdırov əmlakdan qovulmuş adamıdır, sən mənə xahiş elədin məndə ağsaqqaldan xahiş elədim, o, işə götürüldü. Bu Namiq Xıdırov korrupsianer, saxtakar və oyunbaz səninlə birləşib ekologiyanı məhv edirsiz, ayıb olsun sizə!"
ARDI VAR