backend

Cənubi Muğan Kanalının İstismarı İdarəsində yenə də KÖHNƏ HAMAM, KÖHNƏ TAS... - Zaur Mikayılovun nəzərinə!

«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyindəki idarələrin bir çoxunun fəaliyyətində qanundan kənar hallar mövcuddur.
Bununla bağlı mətbuatda tez-tez tənqidi materiallar yayımlanır. ASC-yə tabe olan magistral kanalların istismarı idarələrində də vəziyyət ürəkaçan səviyyədə deyil. Məlumat üçün demək istəyirik ki, bu idarələr su qəbuledicilər vasitəsi ilə su mənbələrindən (çaylar, göllər, su anbarları) qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən birinci dərəcəli (paylayıcı) kanallara verilməsini həyata keçirir. Kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olur.

Qaynarxett.az-a təqdim olunmuş məqalədə Cənubi Muğan Kanalı İstismarı İdarəsinin rəisi Tehrac Eyvazovun özbaşınalıqları haqda maraqlı məlumatlar var. Məqalədə qeyd olunur ki, Cənubi Muğan Kanalı İstismarı İdarəsinin rəisi Tehrac Eyvazovun fəaliyyətində yer alan neqativ hallar cənub rayonlarında fermer təsərrüfatı ilə məşğul olan insanlara əlavə problemlər yaradır: «Cənub zonasına daxil olan rayonlarda əkin-biçinlə məşğul olan insanların böyük əksəriyyəti məhz sözügedən kanalın suyunun hesabına sahələri suvarırlar. Təəssüf ki, son illər idarənin fəaliyyəti tamamilə bərbad vəziyyətə düşüb. Cənubi Muğan Kanalının yetərli hissəsində əsaslı təmir işlərinə ehtiyac yaranıb. Büdcədən hər il kanalın təmiri işləri məqsədilə vəsait ayrılır, amma həmin pullar təyinatı üzrə xərclənmir. Həmçinin idarənin balansındakı texnika və mexanizmlərin çoxu istismar müddətini artıq başa vurub. Digər tərəfdən, kecmiş rəis Kamil Mirzəyev əlindəki imkanlardan istifadə edərək idarədə «ölü can»lar saxlayırdı. Bir il olar onu vəzifədən cıxarıb yerinə Tehrac Eyvazovu qoydular. Bundan əvvəl o Biləsuvar Suvarma Sistemləri idarəsinin baş mühəndisi vəzifəsini daşıyırdı. İnsafən yaxşı mütəxəssis idi, nə oldusa o, da sələfinin yolunu tutub. İdarədə "köhnə hamam, köhnə tas"dır. Bunu aidiyyəti üzrə araşdırma aparmaqla üzə çıxarmaq olar».

Məqalədə bildirilir ki, əvvələr köhnə rəis idarəyə ehtiyat hissələri və tikinti materialları satın alınması məqsədilə özünə yaxın olan podratçı şirkətlər - “Meliorasiya Təmir LTD” və “Samir-A.Ə” MMC-yə yönəldərək şəxsi maraqlarını təmin edirdi. Tehrac Eyvazov da deyəsən həmin yolu gedir...

"Cənubi Muğan Kanalının İstismarı İdarəsi 2022-ci ildə nəzərdə tutulan cari təmir işləri üçün tikinti materiallarının və Cənubi Muğan Kanalı üzərində yerləşən hidrotexniki qurğulara suburaxıcı şlüzlərin, boruların satın alınması və nasos stansiyasında mexaniki və elektrik avadanlıqlarının, torpaqqazan mexanizmlərin və nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələrinin və materialların, mexanizmlər və nəqliyyat vasitələri üçün sürtkü yağlarının satın alınması məqsədilə acıq teder kecirmişdi. BƏS, NƏTİCƏSİ NƏ OLDU CƏNAB RƏİS?!"

Hələ bu da hamısı deyil. Bildirilir ki, idarə rəisi müəssisəyə ayrılan digər vəsaitləri də eyni üsulla "həyata" keçirir. Bu barədə tezliklə əlavə məlumat verməyə çalışacağıq. Bizi izləməyə davam edin.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Qaynarxett.az