Bürkülü, isti havada sərnişinlərə FAİQOĞLU ÇİLƏSİ... - NARAZILIQ VAR!
Bu dəfə isə dia.az olaraq növbəti vətəndaş şikayətini təqdim edirik:

"Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rüfət Bayramlı adlı istifadəçi yazır:
"Şikayətim "Faiqoğlu" MMC-nin 135 nömrələri avtobusların sürücülərindəndir. Ya ventilyator qoşurlar ya da kondisioner ən zəif xodunda qoyurlar. Bu istidə avtobuslar "parnoy" olur.
Nömrələrinə də zəng edirəm götürmürlər. Sürücülərə də nəsə eləyəndə millət başlayır ki, 15 saat rol fırladırlar.
Bəs bu millətə bu ...lar niyə əziyyət verirlər???"