backend

42 saylı Tərtər Yol İstismarı “MMC”-də VARİSLİK ƏNƏNƏSİ - Atasından geri qalmayan Ramil Bayramov

AAYDA-nın tabeliyindəki bəzi yol istismar idarələrində problemlər yaşanır. Həmin idarələrin elə rəisləri var ki, rəhbərlik etdikləri qurumu öz şəxsi mülkü kimi qəbul edirlər. Bəlkə də ona görə belədir ki, onlar bu idarələri vaxtilə öz atalarından təhvil götürüblər.


Qeyri-qənaətbəxş fəaliyyəti ilə seçilən belə idarələrdən biri də 42 saylı Tərtər Yol İstismar İdarəsidir. İdarənin rəisi Ramil Bayramov da tutduğu vəzifəni öz atasından Əliqulu Bayramovdan təhvil alıb. İdarəyə ayrılan dövlət vəsaitini məharətlə “silmək”də atasından geri qalmayan Ramil Bayramovun fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlar var. Məsələn AAYDA şəxslər Ramil Bayramova sual verə bilərlər ki, idarəyə lazım olan yanacağa görə pulu hansı yanacaq doldurma məntəqəsinə köçürürsünüz və "Dizoil"  yanacaq doldurma məntəqəsi ilə sizi nə birləşdirir? Yəqin bu açar sualdan sonra qurum rəhbərliyi müəyyən edər ki,Ramil Bayramov hansı suala cavab verir. 

Bir maraqlı faktı qeyd edək ki, bu şəxs ildə iki dəfə Rusiyanın məşhur Yesentuki şəhərindəki sanatoriyada olur. Halbuki, idarənin fəhlələri yerli apteklərdən dərman almağa pul tapmadıqlarından şikayətlənirlər. Belə olan təqdirdə haqlı sual yaranır: İdarə rəisi indiki bazar qiymətləri ilə ildə iki dəfə Yesentukiyə necə gedib çıxır?/Faktinfo/

Ardı olacaq...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.