Astara-Qazıməmməd Magistral Qaz Kəmərinə Türkmənistan qazının qoşulması birbaşa olaraq vətəndaşlarımıza əlavə problemlərin yaradılması anılamına gəlir. Bununla bağlı həyəcanlı informasiyalar yayılmaqdadır.
Yazılanlardan belə anlaşılır ki, Astara-Qazıməmməd Magistral Qaz Kəmərinə Türkmənistan qazının qoşulması hər 1000 m3 üçün 140 dollara sənədləşdirilib. DİA.AZ bu barədə ekspert rəyini də təqdim edir. Ekspert qeyd edir ki, tərkib baxımından Türkmən qazı məişət istifadəsi üçün yararsız hesab olunur: "Qaz çox zaydır, Tərkibi parafinli, yağlıdır... Şəbəkəyə qoşulduqdan sonra abonentlərin təxminən 30 faizinin sayğaclarında nasazlıq yaranacaq.
Çünki hazırda istifdədə olan "Zenner" tipli sayğaclar əsasən təmiz və quru qazların ölçülməsi üçün hesablanıb.
Bu isə əlavədən vətəndaşa problem yaradılması deməkdir".
Onu da qeyd edək ki, başqa bir ekspert bununla bağlı "Azəriqaz" rəhbərliyinə msələhətini də verib. DİA.AZ həmin açıqlamanı da təqdim edir:
"Türkmənistanda Qaz Emalı Zavodları var , orada qaz ilkin emala düçar edilməlidir və təbii qazın tərkibində metanın faizlə miqdarı 85%-dən yuxarı olmalıdır. Ağır karbohidrogenlər və kükürd emal prosesində qazın tərkibindən çıxarılmalıdır. Yanma istiliyi normada olmalıdır və s."
Məsələ ilə bağlı bütün əlaqədar qurum və təşkilatları dinləməyə hazırıq...