backend

Şagirdlərə şəraitsiz tibb məntəqəsində dərs keçirilir – Video

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı yaşandığından dərslər yaxınlıqda olan tibb məntəqəsinin ambulator korpusunda keçirilir. Həmin korpusda isə istilik problemi yaşanır.

“Xəzər Xəbər” xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Ceyrabatan qəsəbəsi 2 nömrəli tam orta məktəbi 2006 -cı ildə tikilərək istifadəyə verilib.
240 yerlik məktəbdə 960 şagird təhsil alır. Dərslər 5 növbəyə bölünməklə keçilir.
Valideynlər məktəbdə şagird sıxlığından narahatdırlar.
Məsələdən Abşeron-Xızı Regional Təhsil İdarəsi də xəbərdardır.
Təhsil idarəsindən bildirilib ki, ambulator korpusda yaşanan istilik problemi yaxın günlərdə aradan qaldırılacaq.
Əraflı videomaterialı təqdim edirik: