Ağsu rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu bir müddət öncə Cənab Prezident İlham Əliyevə, Birinci vitse Prezident Mehriban Xanım Əliyevaya və Baş Prokuror Kamran Əliyevə Qaynarxett.az vasitəsilə müraciət edərək bildirmişdi ki, 2000-ci ildən rəsmi qaydada icarəyə götürdüyü Şamaxı rayon Dəmirçi kəndi ərazisində olan İsmayıllı rayonuna məxsus yay otlağı naməlum səbəblərdən ona verilmir.
Şikayətçi yenidən redaksiyaya müraciət edərək iddia edir ki, həmin ərazini yüksək çinli məmur yaxınları olan Ədalət Göyüşova verilməsi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən söz verilib. Dövlətin və onun vətəndaşının olan bir ərazinin rayon Başçısı tərəfindən öz şəxsi mülki kimi kiməsə peşkəş edilməsi başa düşülən deyil.
Şikayətçi sahibkar həmçinin bildirir ki, Ədalət Göyüşov və ona yaxın olan çevrələr hədə-qorxu vasitəsi ilə onu həmin ərazini tərk etməyə məcbur edirlər. Qeyd olunan ərazini tərk etməyəcəyi halda icra başçısı Nahid Bağırovun göstərişinə əsasən ya 4 il həbs cəzası və yaxud da 8.000 manat məbləğində cərimə olacağını deyirlər.
Dogrudan da İsmayıllıda Ədalət Göyüşovun sözünün dalı-qabagı yoxdur. Hətda rayonun başcısı və müavinləri belə bu adamdan cəkinir.
Vətəndaş Azər Mürsəlovun video-müraciətini təqdim edirik.
Mövzunu diqqət mərkəzində saxlayacagıq.
Qaynarxett.az