backend

Qanunsuz şirkət qur, birqada yarat, əmək haqqı vermədən vətəndaşı işlət, sonra da... - FIRILDAQCILIQ

FIRILDAQÇI ŞİRKƏT VƏTƏNDAŞIARI DOLANDIRDI.

Laçın rayon sakini İmanov Novruz Vidadi oğlu, iddia edir ki, Yasamal rayon Ərazisində Torpaq komitəsində usta kimi işləmişəm. Ayaz adlı prarab heç bir əsas olmadan ,müxtəlif bəhanələrlə işin yekunlaşığını görüb mübahisə yaradaraq bizi işdən uzaqlaşdırıb. Pulumuzu verməkdən imtina edir.

Vətəndaş iddia edir ki Ayaz Müəllimdən pulumuzu istədikdə müxtəlif şəxslərlə bizi hədələyir. Deyir ki bu boyda komtənin işin götürən adamın arxası harasa bağlıdır.

İmanov Novruz qeyd edir ki uzun illər Rusiyada yaşamışam, orada müqaviləsiz işləmək olmur. Ayaz müəllimə qeyd etdim ki, gəlin əmək müqaviləsi bağlayaq, Ayaz müəllim müqavilə bağlamaqdan da imtina etdi.

Jurnalist olaraq Ayaz müəllimlə əlaqə saxladım. Ayaz müəllim deyilənləri təkzib etmədi. Vətəndaşın orada ay yarım işlədiyini və 1700 manat əmək haqqı verdiyini dedi.

Sual olaraq əmək müqaviləsi olub olmadığını sual edəndə, qeyd etdi ki xeyir müqavilə olmayıb. Birqada şəklində işləmişik.

Qeyri qanuni şirkət qur, birqada yarat, əmək haqqı vermədən vətəndaşı işlət. İş sona çatanda müxtəlif bəhanələrlə ustaları uzaqlaşdırıb pulun mənimsə. Sonra da deyirik vətəndaş niyə narazıdır?

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

XEBERNUR